Bakıda məktəbli intihar etdi
Bakıda 15 yaşlı qız intihar edib.
Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi 37 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qəmər Gülağa qızı Hacıyeva yaşadığı binanın 6-cı mərtəbəsindən özünün ataraq intihar edib.
Qeyd edək ki, Q.Hacıyeva Bakı şəhərində yerləşən 250 saylı orta məktəbin 9-cu sinif şagirdi olub.