Bakıda memarlıq abidəsi sökülür? - Rəsmi

media-hightechnic-468x90

1903-cü ildə inşa edilmiş və Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib.

Bu barədə Yenicag.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.

“Komitə tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq”, – məlumatda vurğulanıb./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa