DTX tərəfindən saxlanılan SABİQ İCRA BAŞÇISI yenidən hakim qarşısında

media-hightechnic-468x90

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.

media-banner_tuq

Yenicag.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.

Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib.

Məlumatı sabiq icra başçısının vəkili Elvin Əliyev də təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib.

Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05