Bakıda mənzildə kişi meyiti tapılıb
Bakı şəhəri, Səbail rayonunda 1956-cı il təvəllüdlü Kamran Vəli oğlu Rəsulov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Rəsulovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 10:38-də başa çatıb. (qafqazinfo.az)