Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “Nanəli” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
“Nanəli” restoranında yanğının söndürülməsi işləri davam etdirilir.
Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.
Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib./APA/
***
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.
FHN-dən Yenicag.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
www.yenicag.az