Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda ötən ay azadlığa çıxan şəxs yenidən saxlanıldı - FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulub. Araşdırma zamanı onun həmin marketdəki kassadan 400 manata yaxın pulu açıq talama yolu ilə ələ keçirdiyi məlum olub.

Qeyd edək ki, İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Loading...

www.yenicag.az

401
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100