Bakıda Özbəkistanın milli bayramı qeyd edilib

media-hightechnic-468x90

загруженноеSentyabrın 5-də Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 23-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Şerzod Fayziyev ölkəsinin 23 il ərzində keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.
Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına töhfə verir. O, əlaqələrimizin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov əlamətdar gün münasibətilə özbək xalqını təbrik edib, əmin-amanlıq və firavanlıq arzulayıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin tarixi kökləri var.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafını qeyd edən Baş nazirin müavini ikitərəfli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini bildirib. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600