!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3,5% artıb

!Reklam – Yazi

Bu ilin yanvar ayında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5% artaraq 1 557,7 mln. manat olub.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,5% üstələyərək 1 556,5 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2018-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə orta hesabla ayda 23,4 manat çox vəsait xərcləyib.

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 3% artaraq 720,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 837,1 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,4% artaraq 53,7% təşkil edib.

Bu ilin ilk ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,7%-i ərzaq məhsullarının, 7,5%-i içkilər və tütün məmulatlarının, 11,8%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5%-i elektrik malları və mebelin, 2,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3%-i əczaçılıq və tibbi mallarının, 7,2%-i avtomobil yanacağının, 25,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 2,9 mln. manatlıq və ya 2018-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,4% az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə yalnız qeyri-ərzaq məhsulları realizə olunub.

COP29

www.yenicag.az

2156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv