Bakıda qeyri-qanuni ibadət yeri aşkarlandı

media-hightechnic-468x90

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə fevralın 7-də dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

media-banner_tuq

Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Bəşirov Valeh Əvəz oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05