Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə “Taxta bazarı”nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
“Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb”, – deyə Ş.İbadov vurğulayıb.
***
Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib. Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur:
“Yanğının baş vermə səbəbləri araşdırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək”.
***
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
(Videonu Feysbukda Zəminə Əliyeva paylaşıb)
www.yenicag.az