Bakıda TDT media və informasiya üzrə nazirlərin 7-ci toplantısı keçirilir

media-hightechnic-468x90

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin yeddinci toplantısı keçirilir.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, iclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edir.

İştirakçılar tədbir çərçivəsində üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Toplantıda üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək, həmçinin Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının keçiriləcəyi yer müəyyənləşəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa