Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu - FOTO

30 Avqust Zəfər bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində ziyafət təşkil edilib.

Yenicag.az xəbər verir ki, ziyafətə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, Müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov millət vəkilləri, yüksək rütbəli zabitlər qatılıb.

Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri Türkiyənin Bakıdakı Fövqəladə və Səlahiyyətli səfiri Ərkan Özoral açıq elan edərək, Zəfər Bayramının təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan və Şimali Kipr Türk Cümhuriyəti üçün də bir bayram olduğunu qeyd edib.

Ərkan Özoral Türkiyə Cümhuriyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə yayımladığı mesajı oxuyaraq Türkiyənin tutduğu siyasi yolu şərəflə irəlilədiyini bildirib.

Bununla da tədbirin rəsmi hissəsi bitib və ziyafət qeyri-rəsmi hissə ilə davam edib.

Loading...

www.yenicag.az

396
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100