!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda universitetdə qızlara qəribə qadağa

!Reklam – Yazi

Azərbaycanın “Odlar Yurdu” Universitetində xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinmək qadağan edilib.

Yenicag.az xəbər verir ki, bu barədə universitetin rektoru Əhməd Vəliyev göstəriş verib.

“Odlar Yurdu” Universitetindən verilən açıqlamada bildirilib:

“Biz tələbələrə qadağa qoymamışıq. Sadəcə, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, – universitetin mətbuat katibi Günay İmanova bildirdi.

www.yenicag.az

2479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv