Bakıda 66 yaşlı kişi qadına qarşı soyğunçuluq edib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
www.yenicag.az