Bakıdan Nyu-Yorka birbaşa uçuşlar başlayıb
“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 24-dən etibarən Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri olan Nyu-Yorka birbaşa uçuşlara başlayıb.
AZAL-dan verilən məlumata görə, Bakı-Nyu-York-Bakı istiqamətində ilk uçuşu həyata keçirən yüksək komfortlu “Aerobus-340” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan səhər saat 6-da havaya qalxıb.
Qeyd edək ki, təyyarə Kennedi hava limanına yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 16:30-da) enəcək.