Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bakıdan təbliğatçılar dəvət etməyə ehtiyac qalmadı” – Sabir Rüstəmxanlıdan Neftçalalılara MİNNƏTDARLIQ

Reklam: Sinerji Pro

“Rəqiblərimdən heç biri şəhər mərkəzində və kəndlərdə mənim qədər gur və səmimi görüşlər keçirə bilmədilər”.

Yenicag.az xəbər verir ki, Xalq şairi, 9 fevral seçkilərində 61 saylı Neftçala seçki dairəsindən qalib namizəd elan olunmuş Sabir Rüstəmxanlı özünün “Facebook” profilində seçki prosesini dəyərləndirib.

Sabir Rüstəmxanlı kampaniya dövründə ona dəstək vermiş Neftçala əhalisinə minnətdarlığını bildirib:

“Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 25 gün Neftçaladan ayrılmadım: kəndləri gəzdim, 30-dan çox görüş keçirdim, ağsaqqallara və köhnə dostlara baş çəkdim, Qarabağ müharibəsinin və 20 Yanvar şəhidlərinin və doğma insanların məzarlarını ziyarət etdim, yerli qələm sahiblərinin ədəbi məclisinə qatıldım, yas mərasimlərinə getdim, yaxın ailələrə qoşulub qız evinə elçi düşdüm, rayonun sənaye müəssisələrində, başqa istehsalat sahələrində oldum.

Yerli ziyalılar, siyasi partiyaların liderləri, köhnə hərəkatçı tanışlarım, getdiyimiz kəndlərin camaatı hər yerdə məni böyük sayğı və sevgiylə qarşıladılar… Bakıdan vəkillər, təbliğatçılar dəvət etməyə ehtiyac qalmadı, Neftçala aydınları, xüsusən, köhnə hərəkatçı dostlarım mənim seçki kampaniyamda yaxından iştirak etdilər.

Görüşlərin keçirilməsi, seçicilərlə sərbəst ünsiyyət üçün rayonda ideal şərait yaradılmışdı. Əleyhimə təbliğat aparanlar da az deyildi. Bu məqsədlə xüsusi debatlar təşkil olunaraq, iyrənc gəlmə-yerli söhbəti ortaya atılmışdı; qərargahımın qarşısında təcili yardım maşını saxlatdırıb evlərə zəng vuraraq mənim infarkt olub, Bakıya qayıtmağım və seçkilərdə iştirak etməyəcəyim barədə şaiyələr yaymışdılar.

Bütün bunlara baxmayaraq, rəqiblərimdən heç biri şəhər mərkəzində və kəndlərdə mənim qədər gur və səmimi görüşlər keçirə bilmədilər. Komandamızın qüsursuz və qanunlara sayğıyla apardığı iş və xalqın sevgisi öz nəticəsini verdi. İmkan düşəndə həmin olayları geniş təhlil edəcəyəm.

İndi isə mənə səs verən, yardımlarını əsirgəməyən bütün neftçalalılara təşəkkürümü bildirmək istəyirəm. Səs verməyənlər də sağ olsunlar. Seçki dövründə həmrəylik göstərmiş bütün müsavatçılara, Ümid partiyasının üzvlərinə, digər siyasi partiyaların nümayəndələrinə, Neftçalanın qələm sahiblərinə ən səmimi minnətdarlığımı bildirirəm.

İnanıram ki, mənimlə yanaşı mübarizə aparmış 13 nəfər namizəd də bundan sonra mənə rəqib kimi yox, oxucu, həmkar, dost kimi baxacaqlar. Qarşıdakı 5 ildə mən neftçalalılarla bir yerdə olacaq və onların sorunlarının həllinə çalışacağam.

Allah yar və yardımçımız olsun!”

www.yenicag.az

452
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100