Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bakının şimallı qonaqları: Əngəl tanımayan sevgi və futbol fanatlığı... - FOTOREPORTAJ

Reklam: Sinerji Pro

İlk dəfə idi… İlk dəfə idi ki, birini əlil arabasında görəndə gülümsədim. Üzümdəki təbəssümün yaranmasına səbəb onun həyata sevgi ilə bağlanmasıydı. Təkcə, bumu? Bəlkə də tək olsaydı, daha hüzndolu bir mənzərə yaranardı. Bir rəssamın fırçasız, körpənin ana qucağına həsrət qalması kimi…

Amma o, tək deyildi. Tottinin “Roma”ya sadiq qaldığı kimi, Eyfel qülləsinin Parisə verdiyi yaraşıq kimi yanında xanımı var idi.

Söhbət DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Şimali İrlandiya matçı üçün “Odlar Yurdu”nun paytaxtında təşrif buyuran Aubrey və Kerry cütlüyündən gedir.

Həmin gün Bakının “Nizami” küçəsi yadellilər tərəfindən “işğal” olunmuşdu. Doğma komandalarının yaşıl rəngli formalarını geyinib, mərkəzi küçənin kafe və restoranlarında əyləşib, pivələrini içərək, matçın başlanma saatını gözləyirdilər. Metronun “Sahil” stansiyasına tərəf yollananda bəhs etdiyim cütlüklə qarşılaşdım. Əlil arasbasında əyləşən Aubrey xanımı Kerry ilə gülə-gülə dayanacağı doğru irəliləyirdilər.

Cütlük diqqətimi çəkdiyi üçün onlara yaxınlaşıb “Azərbaycana xoş gəlmisiniz” deməyi özümə borc bildim. Xoş ünsiyyətdən sonra 2 saat əvvəlcədən matçın keçiriləcəyi stadiona getmək istədiklərini bildirdilər. Nəticədə, xalq arasında “badımcan” kimi ad çıxaran taksinin sürücüsünə yaxınlaşıb, bizi 5 manat müqabilində “Tarqovı”dan Tofiq Bəhramov adına Respublika Stadionuna aparacağına razılaşdıq. Taksi sürücüsünün dediyi qiymət qonaqların təəccübünə səbəb oldu. Öyrəndim ki, sən demə, bir gün əvvəl hansısa taksi sürücüsü təxminən eyni məsafəyə Aubreydən 20 manat alıb.

Düzü, etik baxımdan doğru olmadığını düşündüyüm üçün Aubreyin hansı səbəbdən əlil arabasına möhtac qaldığını soruşmadım. Əslində, bunun bir mənası da yox idi. Görünən o idi ki, bütün əngəllərə baxmayaraq, üzlərindən təbəssüm əskik olmayanlar çox xoşbəxtdirlər və bunun, onların sevgisinə heç bir maneəsi yoxdur.

Maraq üçün bildirim ki, şimallı ər-arvad Ballimina şəhərində yaşayırlar. Bura təxminən paytaxt Belfastdan 1 saatlıq uzaqlıqdadır. 3 uşaqları olan Aubrey İngiltərənin “Nyukasl”a, Kerry isə “Liverpul”a azarkeşlik edirlər. Bu məqamda “Nyukasl”ın yenidən Premyer Liqaya vəsiqə qazanması münasibəti ilə Aubreyi təbrik etmək onu daha da sevindirdi.

Mənim hansı kluba azarkeşlik etdiyimi soruşanda isə “heç birinə” cavabını verdim. Çünki onların fanatlığı yanında mənim azarkeşlik hisslərim sıfıra bərabər idi.

“Tofiq Bəhramov”a çatanda isə Kerry əllərini arabasının təkərlərindən buraxıb, enişdən aşağı “uçuş”u gerçəkləşdirdi. Bu, xoşbəxtliyin ən pik həddi idi. Onun bu hərəkətini isə Kerry bir cümlə ilə ifadə elədi: “My crazy man”… Bu, futbolla sevginin sintezi idi…

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

544
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100