Bakının taksi parkı genişləndiriləcək

media-hightechnic-468x90

295076“TX4” avtomobillərinin operatoru olan “Baku Taxi Company” şirkəti gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər parkını daha 500 avtomobillə genişləndirmək niyyətindədir.

media-banner_tkm

Hazırda şirkətin avtomobil parkı 1000 maşından ibarətdir və onlar yalnız Bakı ərazisində işləyir.

Şirkətdən yeni avtomobillərin ölkəyə gətiriləcəyi tarixi açıqlamayıblar.

Qeyd edək ki, “Bakı 2015” I Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.

Avtomobillərdə gedişhaqqına gəlincə, şirkətdən deyiblər ki, tarif dəyişməz qalır.

Hazırda “Baku Taxi Company”nin avtomobillərində gedişhaqqı aşağıdakı kimidir:

Çatdırma qiyməti-1 manat

Hər kilometrə görə gedişhaqqı (10 kilometrə qədər)-0,7 manat

Hər kilometrə görə gedişhaqqı (10 kilometrdən 20 kilometrə qədər)-0,4 manat

Hər kilometrə görə gedişhaqqı (20 kilometrdən və daha artıq kilometr)-0,2 manat

Dayanmanın hər dəqiqəsinin qiyməti-0,05 manat

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05