“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

media-hightechnic-468x90

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar sabahdan metronun Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05