Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.
www.yenicag.az