!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqləndi

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2024-cü il 12 sentyabr tarixli qərarı ilə “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib.

AMB-dan Yenicag.az-a bildirilib ki, bu sənəd banklarda korporativ idarəetmə sahəsinin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir.

Beynəlxalq korporativ idarəetmə təcrübələri nəzərə alınmaqla hazırlanmış sənədə əsasən Müşahidə Şurasının müstəqil üzvlərinin funksionallığının artırılması, eləcə də onun tərkibində gender müxtəlifliyinin təmin edilməsi tövsiyə olunur. Həmçinin Müşahidə Şurasının və komitələrinin tərkibinin və fəaliyyətinin qiymətləndirilməsi, bankın audit və komplayens funksiyalarının təkmilləşdirilməsi, risk menecmenti çərçivəsində müdafiə xətləri üzrə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və şəffaflığın təmin edilməsi üzrə tövsiyələr də qeyd olunub.

Qeyd edək ki, tövsiyələrin əsas məqsədi bank sektorunun səmərəli fəaliyyətini və sabitliyini dəstəkləmək üçün banklarda korporativ idarəetmənin gücləndirilməsi və bankların korporativ idarəetmə çərçivəsinin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasıdır.

“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr”i aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür: https://uploads.cbar.az/assets/009aa733c2e8a69d2ccc41bf4.pdf

COP29

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv