!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklardan 300 milyon dollar oğurlandı

!Reklam – Yazi

xakker_mediumRusiyanın antivirus proqram təminatının aparıcı istehsalçılarından biri olan “Kasperski Laboratoriyası” şirkəti hakerlərin əksəriyyətinin Rusiya ərazisində yerləşən banklardan 300 mln dollar oğurladığını elan edib.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə The New York Times nəşri yazıb.

“Kasperski Laboratoriyası”nın mütəxəssisləri qeyd olunan məbləğin daha çox olduğunu istisna etmir. Şirkətin Şimali Amerika bölməsinin rəhbəri Kris Doqqet qeyd edib ki, fırıldaqçılar əməllərinin gizlədilməsi üçün təkmilləşdirilmiş vasitə taktikalardan istifadə etdikləri üçün qanunsuz fəaliyyətlərini 2 il davam etdirə biliblər.

Nəşrin məlumatına görə, Rusiya, Çin və bir sıra Avropa dövlətlərindən olan hakerlər ziyanverici proqram təminatını 30 ölkənin ərazisində yerləşən bankların kompüter sisteminə yeridə bilib. Beləliklə kiber fırıldaqçılar maliyyə qurumlarının insayder məlumat bazasına yol taparaq böyük məbləğdə pul vəsaitlərini köçürməyə müvəffəq olublar.

Bununla bağlı “Kasperski Laboratoriyası” şirkəti fevralın 16-da ətraflı hesabat dərc edəcək.

COP29

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv