“Bankların kredit verməyə manatı yoxdur”

media-hightechnic-468x90

manati_123_1Azərbaycanın kommersiya bankları dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salıblar.

Məlumata görə, əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollarda yerləşdirilən əmanətlər illik 2-8% dərəcəsi ilə qəbul edilir. Halbuki bir müddət əvvəl, banklar manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini 14%-dək qaldırmışdılar.

İqtisadçı ekspert Samir Əliyev Yenicag.az-a açıqlamasında məsələni belə şərh edib: “Əslində dollar üzrə əmanət faizlərinin aşağı salınması gözlənilirdi. Çünki banklarda hazırda dollar kütləsi artıb. Bir tərəfdən xaricdən cəlb edilən resurslar əsasən dollarladır, digər tərəfdən əmanətlər son vaxtlar dollarlaşıb. Banklar cəlb etdikləri dolları kredit şəklində verməkdə çətinlik çəkirlər. Çünki istər əhali, istərsə də sahibkarlar manatla kreditə üstünlük verirlər”.

Samir Əliyev deyir ki, bankların kredit verməyə manatı yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Yəni əmantlər də dollarlaşıb. Belə vəziyyətdə banklar əhalini manatla əmanət qoymağa stimullaşdırmağa məcburdurlar. Bu baxımdan əmanətlərin illik faiz dərəcələrinə valyutalar üzrə differensasiyanın tətbiqi qaçılmazdır. Buna görə də banklar manatla olan əmanətlərin  faiz dərəcəsini qaldırırlar. Dollarla olan əmanətlərin faiz dərəcəsini isə aşağı salırlar.

“Diqqət yetirsəniz kredit faizlərində də fərq var. Dollar kreditlərinin faiz dərəcələri ilə manat kreditlərinin faiz dərəcəsi arasında ən azı 4-5% fərq var və təbii olaraq, manat kreditləri bahadır”-deyə ekspert sözlərinə əlavə edib.

Dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınması nəyə gətirib çıxara bilər?

Samir Əliyev bildirir ki, hazırda əmanətlərin dollarlaşması prosesinin yekunlaşmaq üzrə olduğu söyləmək olar.

” Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Digər əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə də yeni əmanət qoymaq istəyən və köhnə əmanətin müddəti çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar yoxsa dollarla”

“Hələki risk edib manatla əmanət qoyanların sayı çox azdır”

Ekspert düşünür ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq.

“Fevral devalvasiyasında sonra manatın nisbi sabitliyi insanlarda panikanı aradan qaldırmaqla yanaşı manatın taleyi ilə bağlı onlarda müəyyən inam elementləri müşahidə olunur. Ancaq bu 1 il öncəki inamda hələki çox uzaqdır. Üstəgəl manatla faizin yüksək olması belə əmanətlərin cazibədarlığını artırır.Dolların faizlərinin aşağı salınması isə insanları qaçırdır”.Ona görə də düşünürəm ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək”.

Kamran Ədalətoğlu

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600