Barak Obama Ukrayna prezidentini Vaşinqtona dəvət edib
ABŞ prezidenti Barak Obama ukraynalı həmkarı Pyotr Poroşenkonu Vaşinqtona dəvət edib.
Ağ evdə çıxışı zamanı Obama bildirib ki, bu, Poroşenkonun andiçməsindən sonra ABŞ-a ilk səfəri olacaq.
Bu səfərin ABŞ-Ukrayna birliyinin təzahürü olacağını deyən Obama Ukraynadakı gərginliyə görə Rusiyanı ittiham edib.
“Rusiya separatçılar üçün təlimlər keçirir, silahlandırır. Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasını peyk çəklişləri də təsdiq edir”, – deyə o vurğulayıb.