!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Barcelona” və “Real”ın Neymar mübarizəsi - Kim uğurlu olacaq?

!Reklam – Yazi

Son günlərdə Neymar üzərində top klubların mübarizəsi getdikcə qızışır.

Yenicag.az xəbər verir ki, İspaniya mətbuatında bu barədə olan xəbərlərin ardı-arası kəsilmir. Məşhur “Onda Cero” radiosunun şərhçisi Alfredo Martinez deyib ki, hazırda “Barcelona” və “Real Madrid” arasında mübarizə gedir:
“Katalonlar Nasser Al-Khelaifinin futbolçunu “Real Madrid”ə satmaq istədiyindən xəbərdardır və buna görə qorxurlar. Sonda nələrin olacağına şahid olacağıq. Los Blancos`un Neymar`a çox ehtiyacı var”.

Fransanın ən etibarlı mənbələrindən olan Le Parisien bildirir ki, “PSG” Neymar üçün konkret təklif almayıb, amma “Barcelona” ilə müqayisədə “Real Madrid”lə danışıqlar sürətlə davam edir. Tanınmış “Marca” nəşri isə bildirir ki, “Neymar artıq özünü “Real Madrid”də görməyə başlayıb:
“O, “PSG”dən ayrılmaq istəyir və başa düşür ki, gedəcəyi klub yalnız “Real Madrid” ola bilər”.

“As” qəzeti də futbolçunun Madrid klubuna keçəcəyini bildirir: “”PSG” “Real Madrid”i seçib. Onlar futbolçunu “Barcelona”da deyil, Los Blancos`da görmək istəyir”.

Qeyd edək ki, Neymar “Barcelona”dan “PSG” klubuna fantastik məbləğə – 222 milyona transfer olmuşdu.

Natavan

www.yenicag.az

1899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv