“Barselona” Çempionlar Liqasının tarixinə düşdü

media-hightechnic-468x90

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Kataloniya təmsilçisi buna evdə “Napoli”yə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.

Hazırkı ölkə çempionu qarşılaşmanın ilk dəqiqələrində 16 yaşlı Lamin Yamal və 17 yaşlı Pau Kubarsi star heyətində meydana buraxıb.

Turnir tarixində heç bir klub indiyədək 18 yaşına çatmamış birdən çox futbolçunu ilk 11-likdə meydana buraxmayıb.

Qeyd edək ki, rəqibini 3:1 hesabı ilə məğlub edən “Barselona” 1/4 finala vəsiqə qazanıb. Neapoldakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.

Mənbə: Opta

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600