Suriyalı gənc qızın fanatı olduğu “Barselona” ilə bağlı xəyalları gerçəkləşib.
Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı Nujeen Mustafaya unudulmaz anlar yaşadıb.
Belə ki, klub öz avtobusu ilə suriyalı qızı Almaniyanın Köln şəhərindəki evindən götürərək İspaniyaya gətirib. Nujeeni klubun bazasında Messi, İniesta, Pike və Suares kimi ulduz futbolçular qarşılayıb. Bundan başqa ona “Nou Kamp”da “Selta” ilə keçirilən oyunu izləmək şansı da yaradılıb. Suriyalıya üzərində öz adı yazılan klubun forması da təqdim edilib.
Qeyd edək ki, Hələbdə doğulan Nujeen anadangəlmə uşaq serebryal iflicindən əziyyət çəkir və o, əlil arabasına məhkumdur. Nujeenin ailəsi Suriyadakı münaqişələrdən sonra 2015-ci ildə Kölnə köçməyə məcbur olub. O, yaşadıqları çətinliklərə görə, məktəbə 17 yaşında gedib.
www.yenicag.az