!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş infeksionistdən koronavirusla bağlı XƏBƏRDARLIQ

!Reklam – Yazi

Azərbaycanda Çindən saytlar vasitəsilə müxtəlif mallar alan insanların sayı getdikcə artır. Lakin koronavirus təhlükəsi yaranandan insanları düşündürən ən əsas məsələlərdən biri ölümə səbəb olan bu təhlükəli virusun onlara Çindən göndərilən bağlamalar, konteynerlərlə keçə bilib-bilməməsidir.

Yenicag.az-ın məlumatına görə, Azərbaycanın baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsi mümkün deyil.

Onun sözlərinə görə, bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər:

“Xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə edildikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçməsi isə mümkünsüzdür”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da bildirib ki, koronavirus insana məktub, bağlama, konteynerdən ötürülmür.

Onun sözlərinə görə, koronavirus yeni meydana çıxan zamanlarda onun heyvanlardan insana keçdiyi bildirilirdi:

“Ancaq indiyə qədər onun hansı heyvandan keçdiyi bilinmir. İndi vacib olan məsələ budur ki, bu virus insandan insana ötürülür. Ona görə də gördüyümüz əsas iş sanitar-gigiyena qaydalarına əməl etməklə özümüzü qorumaq olmalıdır”.

H.Harmancı qeyd edib ki, insandan insana keçməklə yayılan koronavirusun hazırda müalicəsi və ona qarşı istifadə edilə bilən dərmanı yoxdur.

Koronavirusun əlamətlərinin qripə bənzədiyini deyən H.Harmancı əlavə edib ki, bəzi şəxslərdə bu virusun əlamətləri daha ağır formada özünü göstərir.

Onun sözlərinə görə, bu virusa yoluxma zamanı antibiotikdən yalnız xəstəxana şəraitində xəstənin vəziyyəti ağırlaşdıqda istifadə edilə bilər.

H.Harmançı insanlara koronavirusla bağlı informasiyaları etibarlı mənbələrdən almağı da tövsiyə edib.

O bildirib ki, insanlar rəsmi dövlət orqanlarının məlumatlarına inanmalıdırlar. Bundan başqa, gündəlik olaraq, ÜST-nin saytından da bu barədə məlumat əldə etmək mümkündür.

Xatırladaq ki, Çində koronavirusla yoluxma hallarının sayı 72,436 nəfər təşkil edib, onlardan 1868 nəfər ölüb, 12,552 nəfər xəstəxanalardan evə buraxılıb.

COP29

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv