!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş konsul Acarıstan hökumətinin yeni sədri ilə görüşdü

!Reklam – Yazi
1470752348_4Acarıstan Muxtar Respublikası hökumətinin yeni sədri Zurab Pataradze ilə görüş keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş keçirilib. Dəvətə görə Hökumət sədrinə dərin minnətdarlığını bildirən Rəşad İsmayılov bu vəzifəyə yeni təyin olunması münasibətilə onu təbrik edib, uğurlar arzulayıb.
Səmimi şəraitdə keçən görüş zamanı Baş Konsul Respublikamızda aparılan daxili və xarici siyasət, dost və qonşu Gürcüstanla ikitərəfli münasibətlərin inkişafı və ölkəmiz üçün bu əlaqələrin vacib əhəmiyyət kəsb etməsindən danışıb. O, Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarix və ənənəyə malik olduğunu və yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib. Bununla yanaşı ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edilib.
Eyni zamanda  Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində mövcud olan  əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Xususilə hər iki respublikanın ali təhsil müəssisələri-Batumi Dövlət Universiteti və Memarlıq və İnşaat Universiteti, həmçinin Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün möhkəm bünövrə yaratmışdır. O davurğulanıb ki, səhiyyə sahəsində əlaqələr də ilbəil inkişaf etməkdədir və bu sahədəki əlaqələr hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsidir.
Zurab Pataradze bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası  və Acarıstan Muxtar Respublikası  arasındakı əlaqələrin rolu da danılmaz faktdır. Bu mənada o, bir daha hər iki muxtar qurum arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”un vacibliyini vurğulayıb, Naxçivan-Batum avtobus marşrutunun hər iki tərəf arasında turizm əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. Hökumət sədri strateji dostluq əlaqələrinin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğundan danışıb və bu əlaqələrin daha möhkəm və davamlı olmasına dair səylərini artıracağını bildirib.

 
COP29

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv