Argentina millisinin baş məşqçisi Sampaoli 2018-ci il dünya çempionatına hazırlaşan ulduz futbolçu Lionel Messi ilə bağlı maraqlı açıqlama verib.
Yenicag.az “Skorer”ə istinadən xəbər verir ki, argentinalı məşqçi Messinin qələbə qazanmayacağı təqdirdə özünü öldürəcəyini söyləyib:
“Messinin başının içində dünya çempionatı adlı “altıaçılan” var. Əgər məğlub olsa, atəş açaraq özünü öldürər, intihar edər.”
Qeyd edək ki, 14 iyun-15 iyul tarixlərində baş tutacaq çempionatda 32 milli yığma 8 qrup üzrə mübarizə aparacaq.
www.yenicag.az