Baş nazir BİLDİRİB: Türkiyəni Ermənistan və Azərbaycanla birləşdirən yol 2030-a qədər tamamlanacaq

media-hightechnic-468x90

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2030-cu ilin sonuna qədər Gürcüstan magistral yolunun demək olar ki, bütün əsas hissələrində, yəni Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər tikinti işlərinin başa çatacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri mediaya açıqlamasında deyib.

O, bildirib ki, onun hökuməti ölkənin strateji mövqeyini maksimum dərəcədə artırmağa çalışır və bu məqsədlə nəqliyyat infrastrukturunu inkişaf etdirir.

Kobaxidze deyib ki, “biz ölkəmizin strateji mövqeyini maksimum dərəcədə artırmağa çalışırıq və məqsədlərimizdən biri nəqliyyat infrastrukturunun və tranzit funksiyalarının inkişafıdır”.

Baş nazir qeyd edib ki, bu sektora böyük investisiyalar qoyulur:

“Proqramımıza əsasən, 2030-cu ilin sonuna qədər Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə aparan yolun demək olar ki, bütün əsas hissələri tamamlanacaq”, – deyə o əlavə edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05