Baş nazir göstəriş verdi: Alparslan Türkeş Universiteti açılır

media-hightechnic-468x90

Türkiyənin baş naziri Binəli Yıldırım Almaniya səfəri zamanı ondan Alparslan Türkeş adına universitet açılmasını xahiş edən yerli türk QHT rəhbərlərinə müsbət cavab verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyada olmuş Türkiyənin baş naziri Binəli Yıldırım səfər proqramına uyğun olaraq, bu ölkənin Oberhausen şəhərində Avropa ölkələrində fəaliyyət göstərən türk QHT-lərinin təmsilçiləri ilə görüşüb.

Görüş zamanı QHT nümayəndələrinin “Özal, Ərbakan, Dəmirəl, Ecevit adına universitetlər var, Alparslan Türkeş adına da universitet açılsın” təklifini müsbət qarşılanıb. Bu təşəbbüsü “Əsaslı təklif” kimi dəyərləndirən Yıldırım müavini Toğrul Türkeşə bu istiqamətdə hazırlıqlara başlamağı tapşırıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600