Yunanıstanın baş naziri Aleksis Çipras ilk dəfə qalstuk taxaraq ictimaiyyət içinə çıxıb.
Yenicag.az xəbər verir ki, o, qalstukdan istifadə etməməsi ilə tanınırdı. Baş nazir bunu ölkəsinin kreditorlara olan borcunun çoxluğu ilə əlaqələndirirdi. Çipras yalnız həmin borcu azaltmağa nail olacağı halda qalstuk taxacağına söz vermişdi. Bu sözünə əməl edən hökumət başçısı nəhayət ki, qalstuk da taxıb.
Çipras bu gün paytaxt Afinada təşkil olunan tədbirlərdən birinə məhz qalstuqla qatılıb. Çıxışı zamanı bu məqama da toxunan baş nazir bunları qeyd edib: “Bir az çətinlik çəkirəm. Amma güman edirəm ki, alışacağam”.
Qeyd edək ki, Çipras ölkəsinin xaricə olan borcunu azaldacağına dair sözü ilk dəfə vəzifəyə gəldiyi 2015-ci ildə vermişdi.
www.yenicag.az