Baş nazirdən MÜHÜM QƏRAR

media-hightechnic-468x90

“Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilib.

Bu Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Baş nazirdən mühüm qərar

media-hightechnic-468x90

artur-reszadeNazirlər Kabineti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması haqqında qərar verib.

Nazirlər Kabinetindən bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların kompleks şəkildə tibbi, sosial reabilitasiyasının aparılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılsın.

Heydər Əliyev Fondu ilə “Uralsib” Maliyyə Korporasiyası tərəfindən birlikdə həyata keçirilmiş layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Abbas Fətullayev küçəsi, 29A ünvanında 0,1092 ha torpaq sahəsində inşa edilmiş Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiya Müəssisəsinin binası, avadanlıqları, digər əsas vəsaitləri və mal-materiallarıAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin balansına verilsin.

Müəyyən edilsin ki, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Qərarda göstərilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ay müddətində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin Nizamnaməsini təsdiq etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərarın 2-ci hissəsindən irəli gələn məsələləri həll etməlidir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600