Baş nazirin müavini istefa verib
Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliev istefa verib.
O, bunu öz istəyi ilə gerçəkləşdiyini bildirib. Onun sözlərinə görə Krım Rusiyanın tərkibinə daxil olduqdan sonra Ukrayna hakimiyyəti bir sıra çağırışlar edib.
“Biz çağırışlarla rastlaşdıq. Kiyev hakimiyyəti bizə verilən elektriki, suyu kəsirdi, ərzaq təminatını dayandırırdı. Lakin biz bu problemləri həll edə bildik”,-deyə baş nazirin keçmiş birinci müavini söyləyib.
Krımın baş naziri Sergey Aksonyov isə R. Temirqalievə təşəkkür edərək yaxın zamanlarda onun Krım rəhbərliyində məsləhətçi funksiyalarını yerinə yetirəcəyini bildirib.