Baş redaktor qətlə yetirildi

Rusiyada baş redaktor güllələnib.

Yenicag.az RİA Novosti-yə istinadən xəbər verir ki, Krasnoyarsk diyarında “Ton-M” qəzetinin baş rerdaktoru qətlə yetirilib. 42 yaşlı kişinin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Məlumatda bildirilir ki, baş redaktorun ölüm səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən Dmitri Popkov keçmiş deputat olub və 2014 ildə əlil yeniyetməni döydüyünə görə deputat mandatı ləğv olunub.

Yenicag.az

 

Loading...