Koronavirusa görə Heydər Əliyev adına Sarayda konsertlərini təxirə salsalar da, “Bu şəhərdə”nin komandası heç də virusdan qorxmur.
Bunu Yenicag.az-a açıqlama verən Muşfiq Abbasov, Rafael İsgəndərov və Coşqun Rəhimov söyləyib. Film təqdimatlarının birinə qatılan komanda üzvləri zarafatlarından da qalmayıblar.
“Əsas odur ki, gigiyenaya fikir vermək lazımdır. Sarımsağımızı yeyirik, arağımızı içirik, başdan ayağa qədər spirtlənib çıxırıq cəmiyyət arasına”- Coşqun belə deyib.
Rafael də ehtiyatı əldən vermədiyini bildirib:
“Təbii ki, ehtiyatlı igidin anası ağlamaz. Heç maska da taxmıram. Qorxsaydım, bu gün qala gecəyə qatılmazdım. Hər şey Allahın qismətindən asılıdır. Şükür ki, Azərbaycanda bir dənə də ölüm halı olmayıb”.
“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov isə koronavirusun təhlükəli olmadığını deyib:
“Əsas həyatdakı insan cildindəki “virus”lardan qorunaq, onlar daha təhlükəlidir, nəinki koronavirus. İnsan “virus”lar bizdən uzaq olsun. Hər ölkədə, hər şəhərdə, hamının ətrafında bu “virus”lardan var. İnşallah, onlar qırılsın qurtarsın, hər şey yaxşı olacaq”.
Cəvahir
www.yenicag.az