Şimali və Cənubi Koreyalar müharibənin astanasındadır. Yenicag.az “Rüdaw”a istinadən xəbər verir ki, Cənubi Koreyanın prezidenti Park Geun-hye və müdafiə nazirliyinin “Şimali Koreyanın təkrar hücumu onların peşmanlığı ilə nəticələnəcək” açıqlamaları şimalda şok effekti yaradıb.
Cənubi Koreyanın rəsmi telekanalından səslənən fikirlərə Şimali Koreya Xalq Ordusu Uzun Mənzilli Top Birliyi təhdidlə cavab verib. Bir həftə ərzində Cənubi Koreyanın prezidentini və dövlət rəhbərliyini rəsmi şəkildə üzr istəməyə dəvət edən birlik əks təqdirdə, bu ölkəni bombardman etməklə hədələdi: “Park Geun-hye və tayfası ölkə xaricindəki irqimiz önündə işlətdiyi ifadələrdən dolayı üzr istəməlidir. Əks təqdirdə, toplarımızın hədəfi Başqanlıq Sarayı, Mavi Köşk və digər dövlət binaları olacaq”.
Qeyd edək ki, Şimali Koreya son həftələrdə dayanmadan Cənubi Koreyanı sərt ifadələrlə təhdid edirdi. Fəqət Pyongyang rəhbərliyi ilk dəfə Seula cavab verib.
Yenicag.az
www.yenicag.az