Başqırdıstanda güclü PARTLAYIŞ: Həlak olan var

media-hightechnic-468x90

Rusiyanın Başqırdıstan Respublikasında insan tələfatı ilə nəticələnən partlayış baş verib.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Başqırdıstanın Askin rayonu Sultanbekovo kənd məktəbində qeydə alınıb.

Məlumata görə, partlayış 40 şagirdin təhsil aldığı kənd məktəbinin qazanxanasında baş verib.

İlkin informasiyaya əsasən, partlayış nəticəsində məktəbin 51 yaşlı işçisi həlak olub.

Məktəbin isitmə sistemi sıradan çıxdığı üçün şagirdlər evə buraxılıb.

Faktla bağlı təhqiqat aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05