!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bataqlığı cənnətə çevirən qoca qarı - FOTOLAR

!Reklam – Yazi

İngiltərənin Mançester şəhərində yaşayan yaşlı bir qadın evinin arxasındakı bataqlığı cənnətə çevirib.

Yenicag.az xəbər verir ki, Berry, bunun üçün həyatının 7 ilini sərf edib.

Məsələ burasındadır ki, Berry 71 yaşında Laosdakı 3 həftəlik səyahəti zamanı dizindən zədə alıb. Anasının bu zamanda məşğul olacağı bir layihəyə sahib olmasını istəyən oğlu, baxımsız halda bir evi onun üçün satın alıb. Berry bu evə köçəndə 8100 kvadratmetrlik arxa bağçası yabanı otlarla örtülü bir bataqlıq idi.

Onu da qeyd edək ki, üç uşaq və altı nəvə sahib olan Berrynin, baxımsız bir bataqlıqdan belə bir bağça yaratmasının arxasında isə qəmli bir hekayə yer alır.

Londonda yaşayan Berry, İkinci Dünya Müharibəsi zamanı şəhərin almanlar tərəfindən bombalanmasının yol açacağı vətəndaş ölümlərinin qorxusu səbəbindən Cornvalla göndərilib.

Şəhərlərini tərk etmək məcburiyyətində qalan və çöl şəraitində, təbiətin içində böyüyən Berry üçün bu sahə ilə məşğul olub dizayn vermək çox maraqlı idi.

Həmçinin “Gizli Bağça” adlandırılmağa başlanmış bağça, “xərçəng” xəstələrinə yardım edən təşkilatlara ianə toplanması üçün də ziyarətə açıq olacaq.

Aytac Salahova

Yenicag.az

COP29

www.yenicag.az

1709
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv