Bayramda oruc tutmaq olar?

Orucluq ayında hər kəsi maraqlandıran suallardan biri də “bayram günü oruc tutmaq olar?” sualıdır.

Yenicag.az xəbər verir ki, ilin beş günündə oruc tutmaq məkruhdur (yerinə yetirildikdə günah yazılmayan, lakin bəyənilməyən davranış).

Bu beş günə Ramazan Bayramının ilk günü və Qurban Bayramının ilk dörd günü daxildir.

Ramazan Bayramının ilk günü oruc tutmaq məkruhdur, lakin bayramın ikinci və üçüncü günü oruc tutmaq olar.

Oruc tutmağın günah olduğu bu bayram günlərində, möminlərin kasıblara süfrə açmağı, onlarla birlikdə yemək yeməyi savab sayılır.

Bu səbəbdən Ramazan Bayramının ilk günü və Qurban Bayramının ilk dört günü oruc tutmaq olmaz.