Baytarlıq damğası məcburi olacaq

media-hightechnic-468x90

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa