Son günlər əhali arasında ən çox müzakirə edilən mövzulardan biri də paytaxt bazarlarında satılan mövsümi meyvələrin qiyməti ilə bağlıdır. Belə ki, bu il mövsümi meyvələr keçən illərlə müqayisədə daha baha qiymətə satılır. Bəs görəsən, qiymətlərin bu qədər baha olmasına səbəb nədir?
Mövzu ilə bağlı Yenicag.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib ki, bu il əvvəlki ilə nisbətən meyvə və giləmeyvələrin keyfiyyətinin aşağı olduğu müşahidə edilir.
Onun sözlərinə görə, bundan sonra, təəssüf ki, qiymətlər daha da artacaq.
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova
www.yenicag.az