BDU-da işləmək istəyənlərin diqqətinə - Müsabiqə elan edildi/SİYAHI

media-hightechnic-468x90

Bakı Dövlət Universiteti Bitki fiziologiyası, Üzvü kimya, Ərəb filologiyası, Cinayət prosesi, Pedaqogika, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedaralarının müdir vəzifəsi üçün müsabiqə elan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, müsabiqədə iştirak edib qeyd edilən vəzifələri tutmaq istəyənlər sənədlərini 1 ay müddətində BDU-ya təqdim etməlidir.

Bundan başqa, universitet vakant professor – müəllim vəzifəsini tutmaq üçün də müsabiqə elan edib.

Belə ki, Riyaziyyat və onu tədrisi metodikası (müəllim – 1 yer), Riyazi analiz (dosent – 2 yarımştat), Ali riyaziyyat (dosent – yarım ştat), İdarəetmə nəzəriyyəsinin riyazi üsulları (professor – 1 yer), Fizika elektronika (professor – 1 yer, professor – yarımştat, dosent – 1 yer, müəllim – yarımştat), Yarımkeçiricilər fizikası (dosent – yarımştat), Nəzəri fizika (professor – 1 yer), Ümumi və qeyri-üzvi kimya (dosent – 1 yer), İnsan və heyvan fiziologiyası (dosent – 1 yer), Botanika (müəllim – 1 yer, müəllim – yarımştat), Mikrobiologiya (dosent – 1 yer), Genetika və təkamül təlimi (dosent – 1 yer), Ekoloji kimya (professor – yarımştat, baş müəllim – 1 yer, dosent – 1 yer), İqtisadi və sosial coğrafiya (dosent – 1 yer), Azərbaycan dilçiliyi (dosent – 1 yer), Dünya ədəbiyyatı (dosent – 1 yer), İngilis dili (təbiət fakültələri üzrə) (dosent – 1 yer, müəllim – 1 yer), İngilis dili (humanitar fakültələr üzrə) (baş müəllim – 1 yer, müəllim – yarımştat), Rus dili (təbiət fakülətələri üzrə) (baş müəllim – 1 yer), Rus dilçiliyi (dosent – 1 yer), Azərbaycan tarixi (humanitar fakültələr üzrə) (müəllim – yarımştat), Azərbaycan tarixi (təbiət fakültələri üzrə) (dosent – 1 yer), Asiya və Afrika ölkələri tarixi (dosent – 1 yer), Arxeologiya və etnoqrafiya (dosent – 1 yer), Beynəlxalq ümumi hüquq (dosent – 1 yer), Kosntitusiya hüququ (professor – yarımştat), Dövlət və hüquq nəzəriyyəsi və tarixi (professor – yarımştat), Dünya iqtisadiyyatı (dosent – 1 yer, müəllim – yarımştat), İqtisadiyyat və idarəetmə (müəllim – yarımştat), Diplomatiya və müasir inteqrasiya prosesləri (dosent – yarımştat), Beynəlxalq münasibətlər (müəllim – yarımştat), Ərəb filologiyası (dosent – 1 yer), Türki filologiyası (dosent – yarımştat), Politologiya və sosiologiya (professor – 1 yer), Pedaqogika (dosent – yarımştat), Kitabxana resursları və informasiya axtarış sistemləri (dosent – yarımştat) və Biblioqrafiyaşünaslıq (müəllim – yarımştat, dosent – yarımştat) kafedralarında vakansiya var.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05