BƏƏ səfirliyi: Şeyxin Yəməndə öldürüldüyü xəbəri əsassızdır

media-hightechnic-468x90

07d6a0709f83407d735d8347a87cdba9Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi Dubay rəhbərinin oğlu Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Yəməndə silahlı toqquşma zamanı öldürüldüyü xəbərini təkzib edib.

media-banner_tuq

Bu barədə səfirlikdən məlumat verilib.

“Mediada “Fars news”a istinadən BƏƏ baş naziri, vitse-prezident, Dubay şəhərinin rəhbəri Şeyx Rəşid bin Məhəmməd əl-Maktumun oğlu Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Yəmənin Marib vilayətində inqilabçı qüvvələrin hücumu zamanı öldürülməsi xəbəri tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Şeyx Rəşid 34 yaşında ürək tutmasından həyatını itirib”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, İranın “Fars news” agentliyi 34 yaşlı şeyxin bir qrup BƏƏ hərbçisi ilə birlikdə Marib vilayətində Yəmən qüvvələrinin “Katyuşa” hücumu nəticəsində öldürüldüyü barədə məlumat yayıb(APA).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05