!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhram Bağırzadənin son DURUMU - Həkimdən AÇIQLAMA

!Reklam – Yazi

Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

B. Musayevin sözlərinə görə, əməkdar artıstin səhhətində ciddi dəyişiklik yoxdur. Əməkdar artistin vəziyyəti stabil, kritik ağır olaraq qalır və müalicələr davam etdirilir.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

COP29

www.yenicag.az

1370
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv