Bələdiyyə başqanına hücum etdilər
Türkiyənin Rizə rayonunda Çayəli Bələdiyyə başqanı Atilla Əsmən ilə sürücüsü hücuma məruz qalıb.
Atilla Əsmən İslam peyğəmbərinə həsr olunmuş “Müqəddəs doğum həftəsi” adlı tədbirdə iştirak edib çıxandan sonra təxminən 20 nəfərlik naməlum qurupun hücumuna məruz qalıb.
Hadisə zamanı bələdiyyə başqanı üzündən aldığı zədəni kənd xəstəxanasında müayinə etdirdikdən sonra evə buraxılıb.
Polis hadisə ilə bağlı araşdırma aparmağa başlayıb(axar.az).