!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bəlkə elə 2-3 ay ömrüm qalıb” - Xalq artisti nazirə SƏSLƏNDİ

!Reklam – Yazi

“Dəfələrlə qızım mənə görə Mədəniyyət Nazirliyinə müraciət edib. Amma onun müraciətinə baxan yoxdur. Səhhətim imkan vermir ki, özüm gedim, qızımın da sözünü eşidən yoxdur. Nazirin qəbuluna düşə bilmir. Sanki məni siliblər, elə bil mənim adda aktyor yoxdur”.

Bunu xəstəliklə mübarizə aparan tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Aylardır ki, səhhətində problemlər yaşayan xalq artisti dərmanlarını almaq üçün maddi durumunun da tükəndiyini bildirib:

“Çoxları dedi ki, guya mənə maddi dəstək olublar, yalan sözdür. Öz dərmanlarımı, xəstəxana xərclərimi özümüz çəkmişik. Xalq artisti fəxri adına görə aldığım 180 manat pulla dolanıram. Bu pul kommunal xərclərimi güclə qarşılayır. Dərman ala bilmirəm. Həkim müayinəsindən keçməliyəm, amma maddi imkanım buna imkan vermir ki, xəstəxaya gedim. Mən heç kimdən yardım istəmirəm, öz halal haqqımı tələb edirəm. Ömrümü, canımı kinoya, sənətə həsr etdim, amma çox tez unuduldum. Sanki mənim adda aktyor heç yox imiş. Məni silib atıblar. Bu laqeydlik məni sındırıb. Hər kəsdən incik salıb. Mədəniyyət Nazirliyinin qəbuluna düşmək istəyən qızıma şərait yaratmırlar, get-gələ salıblar, min cür bəhanələrlə yola verirlər. Nazirdən tək bir istəyim var, halal haqqımı almaq üçün mənə prezident təqaüdü verilsin. Bunun üçün nazirin təqdimatı lazımdır. Niyə bunu vermir? Bəlkə elə 2-3 ay ömrüm qalıb. Mütləq ölməliyəm ki, mənə dəyər verilsin? Ölməyimi gözləyirlər?”

Cəvahir

www.yenicag.az

5315
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv