Bərdədə partlayış: yaralılar var

Bərdə rayonunda “Amminal” partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb

Yenicag.az xəbər verir ki, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində ” Amminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. /report.az/