Beren Saat başına gələn təcavüzdən danışdı-Foto
Tanınmış türk aktrisası Beren Saat başına gələn təcavüz hadisələri haqqında danışıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, aktrisa sosial media vasitəsilə yayımladığı mesajında məktəb illərindən tutmuş aktrisalıq fəaliyyətinin ilk illərinə qədər olan müddət ərzində bir çox insanların özünə qarşı alçaldıcı və kobud münasibətindən danışıb.
O, tanımadığı insanların, sinif yoldaşlarının, çəkilişlər zamanı bəzi aktyorların ona necə sataşmaları, ona təcavüzə cəhd etmələri haqqında yazıb.
Beren Saat bunu Özgecan Aslanın ailəsinə və sevənlərinə dəstək olmaq, qadınların rastlaşdıqları təcavüz hallarını tənqid etmək üçün edib.
Xatırladaq ki, bir neçə gün əvvəl 20 yaşlı universitet tələbəsi olan Özgecan avtobusda təcavüzə məruz qalıb. O, təcavüz etmək istəyən sürücünün üzünə bibər qazı sıxıb. Buna görə sürücü onu bıçaqlayaraq öldürüb. Daha sonra qızın əllərini kəsib və atasının və dostunun köməyilə qızın cansız bədənini yandırıb. Evli və 1 uşağı olan sürücü, 50 yaşlı atası və 20 yaşlı dostu artıq həbs edilib.